Çində güclü zəlzələ nəticəsində 111 nəfər ölüb, 236 insan yaralanıb - YENİLƏNİB-2


Çinin Qansu və Çinxay əyalətlərində zəlzələ nəticəsində azı 111 nəfər ölüb, 236 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin 

Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd edilir ki, Şimal-qərb Qansuda 86 nəfər ölüb, 96 nəfər yaralanıb, Qansudan qərbdə yerləşən Sinxhay əyalətində isə 11 nəfər ölüb, 140 nəfər yaralanıb.

03:04

Çində baş verən zəlzələ 86 nəfərin həyatına son qoyub.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

"Zəlzələ nəticəsində 86 yerli sakin həlak olub, daha 96 nəfər yaralanıb", - xəbərdə deyilir.

Daha əvvəl bildirilirdi ki, dekabrın 18-də paytaxt Pekin vaxtı ilə gecəyarı (Bakı vaxtı ilə saat 20:00) maqnitudası 6,2 bal olan bir neçə yeraltı təkan qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələnin episentrində və ətraf ərazilərdə evlərə, yollara və digər infrastrukturlara ziyan dəyib, elektrik və su təchizatında fasilələr yaranıb.

Təbii fəlakətin təsiri qonşu Çinxay əyalətində də hiss olunub.

18.12.2023. 23:31

Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən güclü zəlzələ nəticəsində azı 8 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Pekin vaxtı ilə gecə yarısı maqnitudası 6,2 bal olan bir neçə yeraltı təkan qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələnin təsiri qonşu Çinxay əyalətində də hiss olunub.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}