Müğənni Rihanna ayağında 400 min dollarlıq saatla ictimaiyyət qarşısına çıxıb.
Müğənni Rihanna ayağında 400 min dollarlıq saatla ictimaiyyət qarşısına çıxıb. Superulduz Las-Veqasda keçirilən “Formula-1” Qran-Prisində “Jacob & Co”nun daş-qaşlı saatı ilə görüntülənib. Rihanna zinət əşyasını geyindiyi "losin" üstündən topuğuna bağlayıb. Məlumata görə, saatın dəyəri 400 min dollar qiymətləndirilir. Qeyd edək ki, may ayında Rihanna “TikTok” hesabında ayaq barmağında üzüklə foto paylaşmışdı. Kadr abunəçilərin çoxsaylı sualına səbəb olmuşdu. Zərgər Stoun sonradan əşyanın qiymətini açıqlamışdı. Məlum olmuşdu ki, zinət əşyası 1380 dollar dəyərindədir. Mənbə: gazeta.ru Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş