Rusiyanın Həştərxan vilayətində narkotik maddədən kütləvi zəhərlənmə baş verib.
Rusiyanın Həştərxan vilayətində narkotik maddədən kütləvi zəhərlənmə baş verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Həştərxan vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, noyabrın 17-dən noyabrın 21-dək olan müddətdə müvafiq xəstəxanaya 19 nəfər narkotik və psixotrop dərmanlardan zəhərlənmə əlamətləri ilə qəbul edilib. Hazırda 3 saylı Şəhər Kliniki Xəstəxanasında narkotik maddədən zəhərlənən 17 xəstə müalicə alır. Müalicə alan 6 pasiyentin vəziyyəti ağır, 11 nəfərin isə vəziyyəti orta ağırdır.
Xəbəri paylaş
Facebook-da paylaş