Qazaxıstan əhalisinin sayı 20 milyon nəfərə çatıb.
Qazaxıstan əhalisinin sayı 20 milyon nəfərə çatıb. “Report” xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev məlumat verib. “Qazaxıstanın əhalisi 20 milyona çatıb! Həmvətənlərimi bu əlamətdar hadisə münasibətilə təbrik edirəm! Xoşbəxt ailə millətin rifahının, ölkənin davamlı tərəqqisinin təməlidir”, - Kasım-Jomart Tokayev deyib. Tokayev qeyd edib ki, dövlət ailə dəyərlərinin möhkəmləndirilməsi, ana və uşaqların qorunması istiqamətində fəaliyyətini davam etdirəcək. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş