Azərbaycan cüdoçuları Macarıstanın Dyor şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunu 4 medalla başa vurublar.


Azərbaycan cüdoçuları Macarıstanın Dyor şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunu 4 medalla başa vurublar.

Şəffaflıq.az  xəbər verir ki, yığma üzvləri turnirdə 2 gümüş, 2 bürünc medal əldə ediblər.

Bununla cüdoçularımız ümumi hesabda 11-ci, oğlanlar arasında isə 6-cı yeri tutublar.

Qeyd edək ki, Avropa Kubokunda Azərbaycan 7 çəki dərəcəsində 32 cüdoçu ilə təmsil olunub. Emil Səfərov (50 kq) və Kənan Sadıqov (66 kq) gümüş, Əhməd Mehdiyev (73 kq) və Əli Qazıməmmədov (81 kq) isə bürünc mükafata yiyələniblər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}