Azərbaycanda vergi ödəyicilərinə büdcəyə borcunu ödəmək üçün vaxt veriləcək
Azərbaycanda vergi ödəyicilərinin dövlət büdcəsinə borcunu birdəfəyə ödəmə qabiliyyəti olmadıqda, ödəniş vaxtı dəyişdiriləcək. Şəffaflıq.az xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan müəyyənləşdirəcək.
Xəbəri paylaş
Facebook-da paylaş