Naxçıvanda ilk dəfə şəhidlərin adına bağ salınıb.
Naxçıvanda ilk dəfə şəhidlərin adına bağ salınıb. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı keçirilən “Bir çinar, bir şəhid” ağacəkmə aksiyasında Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov və digər şəxslər iştirak edib. Bağ Şahbuz Rayon Xəstəxanasının təşkilatçılığı ilə xəstəxananın həyətyanı sahəsində salınıb. “Bir şəhid, bir çinar” ağacəkmə aksiyasında rayonun 35 şəhidinin adına çinar ağacları əkilib. Hər bir ağacın yanında məlumat lövhələri yerləşdirilib. Şəhidin şəkli, adı, ata adı və soyadı olan məlumat lövhələrinə QR kodlar da yerləşdirilib. Kod oxudulan zaman şəhidin haqqında ətraflı məlumat oxumaq mümkün olur. Qeyd edək ki, bu Naxçıvanda ilk belə bağdır.
Facebook-da paylaş