İranda güney azərbaycanlı hüquq müdafiəçisi həbsxanada aclıq aksiyası keçirir


İranda güney azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi həbsxanada aclıq aksiyasına başlayıb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" (AP) məhbusun qohumları və dostlarına istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Məhəmmədi ona və digər məhbuslara tibbi yardım göstərilməsinə qadağa qoyulduqdan sonra etiraz əlaməti olaraq aclıq aksiyası keçirmək qərarına gəlib.

AP-nin əldə etdiyi Nərgizə dəstək kampaniyası bəyanatında deyilir ki, qadının vəkili həftələrlə onun ürək və ağciyər müayinəsi üçün tibb müəssisəsinə köçürülməsinə çalışıb. Xəbərdə o da qeyd olunur ki, Məhəmmədi ailəsi və yaxınları onun durumundan narahatdırlar.

Xatırladaq ki, Nərgiz Məhəmmədi 2021-ci ilin noyabr ayında Tehranda həbs edilib. Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan Nərgiz Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətlərinə görə dəfələrlə həbsə alınıb, rejim məmurları tərəfindən mütəmadi olaraq təhdid edilərək təzyiqlərə məruz qalıb.

Nərgiz Məhəmmədi 2003-cü ildə Nobel Sülh mükafatına layiq görülmüş, Güney Azərbaycan türkü Şirin İbadinin yaxın silahdaşıdır.

Güney Azərbaycandan olan hüququ müdafiəçisi ötən ay 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.

Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}