Ağdam və Cəbrayıldakı sənaye parklarında dəmir yolu infrastrukturu yaradılacaq


Ağdam və Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarının ərazilərində dəmir yolu infrastrukturu yaradılacaq.

Şəffaflıq.az  bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə xəbər verir.

Məlumata görə, bununla bağlı layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

işə ki, indiyə qədər Ağdam Sənaye Parkına  12 milyon manata yaxın investisiya yatırılıb. Parkın 19 rezidenti, 6 qeyri-rezidenti var. Bu investorlar Parka  176 milyon manatdan çox pul qoymağı, 1600-dən çox daimi iş yeri yaratmağı planlaşdırır. Parkda inşası davam edən ilk müəssisənin gələn il fəaliyyətə başlaması gözlənilir.

200 hektar ərazini əhatə edən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına  10 milyon manata yaxın investisiya yatırılıb. Parkın 5 rezidenti, 1 qeyri-rezidenti var. Bu investorlar Parka  33 milyon manata yaxın pul qoymaq, 420-dən çox daimi iş yeri qurmaq lazımdır. Rezidentlərdən biri - "Avto Lizinq Azərbaycan" MMC artıq fəaliyyətə başlayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}