Türkiyəli nazir bu gün Bakıya gəlir


Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş bu gün Bakıya gəlir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

O, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.

Tərəflərin ikitərəfli əlaqələri müzakirə edəcəkləri gözlənilir.

Qonaq Şəhidlər Xiyabanını və Bakıdakı "Türk Şəhidliyi" abidəsini ziyarət edəcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}