Premyer Liqa: "Neftçi" səfərdə "Turan Tovuz"u məğlub edib


Futbol üzrə Azərbaycan Premyer III turun daha bir oyununda V.

Şəffaflıq.az  xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Neftçi"ni qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı mövqeyi ilə bitib. Qolu 87-ci dəqiqədə Aaron Olanare vurub.

Bu nəticədən sonra xallarının sayı 12-yə çatdıran "ağ-qaralar" 4-cü pilləyə yüksəlib. Meydan sahibləri 11 xalla hələlik beşinci sıradadır.

Qeyd edək ki, saat 18:00-da keçiriləcək matçda "Səbail" "Sabah"ı qəbul edəcək. Ötən gün açılış oyununda "Qarabağ" "Sumqayıt"ı beş cavabsız qolla üstələyib. Tura oktyabrın 1-də "Kəpəz" - "Qəbələ" və "Araz-Naxçıvan" - "Zirə" döyüşləri ilə yekun vurulacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}