Ermənistanın müdafiə naziri Rusiyada MDB-yə üzv ölkələrin nümayəndələrinin iclasına getmədi



Ermənistanın müdafiə naziri Suren Papikyan MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının Rusiyada keçirilən iclasında iştirak etmir.

Bu barədə respublikanın hərbi idarəsinin mətbuat katibi Aram Torosyan məlumat verib.

“Müdafiə naziri Suren Papikyan Tulaya getməyib və MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmir”, - deyə o qeyd edib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi MDB ölkələrinin hərbi idarələrinin nümayəndə heyətlərinin Tulaya səfər etdiyi barədə məlumat yayıb. Şuranın iclasında hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərinin müzakirəsi, o cümlədən dünyada yaranan hərbi-siyasi vəziyyətə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}