Azərbaycan və Çinin şəhərləri arasında birbaşa avaireyslər bərpa oluna bilər



Azərbaycan və Çin iki ölkənin şəhərləri arasında birbaşa aviareyslərin bərpa olunmasını müzakirə edib.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkə hesabında bildirib.

“Çinə səfər çərçivəsində bu ölkənin aparıcı aviaşirkətləri və turizm sektorunun nümayəndələri ilə görüşdük. İki ölkənin şəhərləri arasında birbaşa uçuşların açılması müzakirə olundu, istiqamətlərin və uçuşların tezliyinin artırılmasının turizm əlaqələrinin inkişafına töhfə verdiyi vurğulandı”, - deyə nazir qeyd edib.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) vaxtilə Çinin paytaxtı Pekinə, eləcə də bu ölkənin Urumçi şəhərinə uçuşlar həyata keçirib.

Çinə səfər çərçivəsində ölkənin aparıcı aviaşirkətləri və turizm sektorunun nümayəndələri ilə görüşdük. İki ölkənin şəhərləri arasında birbaşa uçuşların açılması, istiqamətlərin və uçuşların tezliyinin artırılmasının turizm əlaqələrinin inkişafına töhfə verdiyi vurğulandı.


Şəffaflıq.az




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}