"Gələn il Türk Dövlətlərinin Diaspor Gənclərinin II Forumunu Türkiyədə keçiriəcəyik".


"Gələn il Türk Dövlətlərinin Diaspor Gənclərinin II Forumunu Türkiyədə keçiriəcəyik".

Şəffaflıq.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Yerzhan Mukashın Bakıda keçirilən “Türk Dövlətlərinin Diaspor Gənclərinin I Forumu: Heydər Əliyev və Türk Dünyası” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, türk dövlətləri gənclərinin ortaq kimlikləri barədə məlumatlılıq artırılacaq: "Bu istiqamətdəki fəaliyyətinə görə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova bir daha təşəkkür edirəm".

"Hazırda TDT olaraq Şuşadakı diaspor forumunda aldığımız qərarlar üzərində çalışmağa davam edirik. Gənclər sahəsində əməkdaşlıq bizim üçün çox önəmlidir. Türk dövlətlərinin başçıları da bu məsələyə xüsusi önəm verirlər. Gənclərin ortaq kimliyimizi qavramasına böyük diqqət göstəririk. Türk dünyasından indiyədək 10 minə yaxın gənci bir yerə toplamağı bacarmışıq", - TDT Baş katibinin müavini bildirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}