Günün qoroskopu:Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın.
Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. Qoç - ticarətlə məşğul olan, kommersiya sahəsində fəaliyyət göstərən və ya işgüzar tədbirlərin təşkilatı ilə məşğul olanlar üçün əlverişli zamandır. Görüşlər məhsuldar olacaq. Peşəkar fəaliyyətlə bağlı məsələləri müzakirə edin. Yeni düşmənlər və bədxahlar qazanmadan mövqelərinizi müdafiə edin. Haqlı olduğunuzu düşünürsünüzsə, əsla geri çəkilməyin. Günün ikinci yarısı yaradıcılıq potensialınızı nümayiş etdirmək üçün əlverişlidir. Ən ağır problemləri həll edə bilərsiniz. Romantik münasibətlər düşərli olacaq. Sevdiyiniz insanla mübahisə etməyin, onun qəlbini qırmayın. Buğa - məqsədə aparan yolda maneələr yaranacaq. Lakin onları sürətlə dəf edə biləcəksiniz. Qəfil ideyalarınız düşərli olacaq. Yeni müttəfiq və köməkçilərin axtarışlarına başlamaq olar. Günün ikinci yarısında birgə fəaliyyət məhsuldar təsir bağışlayacaq. Hansısa köhnə əlaqələr qırılanda, təmaslar pozulanda ruhdan düşməyin. Bütün bunlar işin xeyrinədir. Yaxınlarınıza qayğı göstərin. Sayıq və sərvaxt olun. Kimsənin işlərinə qarışmayın. Ailə münasibətləri səyləriniz nəticəsində inkişaf edərək güclənə bilər. Sevdiyiniz insanla təmaslarınızdakı fikir ayrılıqlarına son qoyun. Əkizlər - anlaşma və sövdələşmələr, maliyyə məsələlərinin həlli üçün uğurlu zamandır. İşgüzar duyumunuz sizi aldatmamalıdır. Yeni biznes layihələrə başlamaq, iş yerini dəyişmək və ya yeni tərəfdaşlarla əməkdaşlıqla bağlı razılığa gəlmək olar. Günün ikinci yarısında şəxsi münasibətlər harmonik olacaq. Ətrafınızdakı insanlarla dil tapın. Sizinlə razılaşmayan insanlarla belə, sərt danışmayın. Romantik macəra istisna deyil. Axşam saatlarında ağrılar peyda ola bilər. Səhhətinizə fikir verin. Xərçəng - mühüm işlərdə asan uğurlara bel bağlamağa dəyməz. Məqsədə çatmaq üçün səy göstərmək gərəkdir. Rəğbət bəsləmədiyiniz və ya bir zamanlar sizi hirsləndirmiş insana yardım üçün müraciət etməli olacaqsınız. Həmin adamla ünsiyyətdə mümkün qədər həssas olun. Hisslərinizi aşkarlamayın. Günün ikinci yarısı ailə üzvləri ilə münasibətlərdə yaranmış problemlərin aradan qaldırılması üçün əlverişlidir. Qohumlarla təmaslarda diqqətli davranın. Yaxın ətrafınızdakı insanlarla qayğıkeş olun. Axşam saatlarında kiçik alış-veriş etmək olar. Şir - çalışdığınız insanlarla dil tapın, onların nə istədiklərini anlamağa çalışın. Məqsədə çatmaq üçün gərəkli bildiyiniz vasitələrdən və metodlardan istifadə edin. Maliyyə məsələlərinin həlli, potensial sifarişçi və ya alıcılarla müzakirələr üçün əlverişli zamandır. Günün ikinci yarısında diqqətli olun, ən tələbkar insanda belə, özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Yeni münasibətlərə başlamaq məsləhət deyil. Romantik macəranı unudun. Axşam saatlarına yaxın evdə xoşagəlməz situasiya yarana bilər. Problemin həll yollarını tapmsanız, acı fəsadların öhdəsindən gəlmək zərurəti ilə qarşılaşacaqsınız. Qız - əlverişli, uğurlu gündür. Əvvəllər başladığınız işləri başa vura bilərsiniz. Yeni işə və ya layihəyə başlayanda diqqətli olun, müsbət və mənfi yönləri sayıqlıqla dəyərləndirin. Məqsədə çatmaq üçün səy göstərməli olacaqsınız. Fəqət əməyinizin bəhrəsi pis olmayacaq. Günün ikinci yarısında işgüzar səfər pis alınmayacaq. Aktiv olun, bir yerdə oturmayın. Fəqət, dəqiq plan olmadan yola çıxmayın. Sizi macəralar və sərgüzəştlər gözləyir. Riskdən çəkinməyin. Tərəzi - günün ilk yarısında çətiniklər yarana bilər. İnandığınız insanlar sizin üçün problemlər formalaşdıracaq. Əsas problem yol verdiyiniz səhvlərin fəsadlarını aradan qaldırmaqda sustlük etməyinizdir. Hər şeyin bağışlanacağını düşünməyin. Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Xroniki xəstəliklərin yenidən kəskinləşməsi istisna deyil. Axşam saatlarını evdə keçirmək məsləhətdir. Yorucu, usandırıcı işlərlə məşğul olmayın. Ailə üzvləri ilə münasibətlər harmonik olacaq. Yaxınlarınız emosional fonun əlverişli olmasına çalışacaqlar. Normal istirahət edin. Əqrəb - başladığınız işlərdə uğur və böyük nailiyyətlər vəd edən gündür. Genişmiqyaslı və ciddi işlərə başlamaq olar. İndiyədək dəfələrlə müzakirə olunmuş layihənin reallaşdıırlması zamanıdır. Günün ikinci yarısında qəfil, maraqlı işgüzar təkliflərin alınması istisna deyil. Potensial tərəfdaşlar və ya sifarişçi ilə görüş olacaq. Axşam saataları istənilən formada münasibətlərə başlamaq üçün əlverişlidir. Təbii, səmimi olun. Rəğbət bəslədiyiniz, maraqlandığınız insanın xoşuna gəlməyə çalışın. Oxatan - gərginlik, təlaş və narahatlıq vəd edən gündür. Bütün bunlar baş verən olaylardan yox, həmin olaylara sizin münasibətinizdən qaynaqlanır. Bütün prosesləri nəzarət altında saxlamaq istəyirsiniz, amma alınmayacaq. Qıcıq və sinirin səbəbi də elə budur. Günün ikinci yarısı ünsiyyət üçün pis deyil. Peşəkar fəaliyyətinizlə bağlı danışıqlar, şəxsi münasibətlərinizdəki problemlərin həllinə yönəlmiş diskussiyalar sonucsuz qalmayacaq. Müstəqil çalışmaq və təkbaşına işləmək istəyirsinizsə, aktiv olun. Əks halda əhvalınız pisləşə bilər. Axşam saatlarında normal istirahət edin. Oğlaq - mürəkkəb, qarışıq gündür. Problemləri sürətlə həll etmək üçün hiyləgərlik və fəndgirliyə ehtiyac var. Lakin heç bir halda, əsla vicdanınızın səsini kəsməyin. İşdə və evdə münaqişələr yarana bilər. Sərt, aqressiv olmayın. İşdə rəhbərliklə ünsiyyətdə sayıq və ehtiyatlı olun. Günün ikinci yarısında yarana biləcək münaqişələrin sonucları çox pis ola bilər. Axşam saatlarına yaxın səhhətinizdə prolblemlər yarana bilər. Qida zəhərlənməsi riski var. Ağır fiziki işlə məşğul olmayın. Təcrübəli insanların məsləhətlərinə qulaq asın. Dolça - günün ilk yarısında həddən artıq mürəkkəb işlərə başlamayın. Sonradan fəsadları sizi təəssüfləndirəcək səhvlərə yol vermək riski az deyil. Maliyyə çətinlikləri, uğursuz investisiyalar və alış-veriş istisna deyil. Uzunmüddətli əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək üçün münasib zaman deyil. Günün ikinci yarısında alacağınız təklifin şərtlərini və təfərrüatlarını öyrənməmiş razılıq verməyin. Müsbət təmayüllərin təsiri güclənir. Nikbin olun, bədbinliyə qapılmayın. Məqsədə çatmaq üçün əzmlə, israrla çalışın. Qətiyyətli olun. Balıqlar - maliyyə fonu uğursuzdur. Pul və maliyyə ilə bağlı məsələlərdə həddən artıq ehtiyatlı, həssas davranın. Sərvaxtlığı unutmayın. Yaxşı tanımadığınız insanlara etibar etməyin. Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın. Dürüst yolda olduğunuza əmin deyilsinizsə, sadəcə, hərəkəti bir qədər zəiflədin, amma yoldan çıxmayın. Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər. Narahat olmayın, ciddi təhlükə yoxdur. Uzun səfərlərdən uzaq durmağa çalışın. Yorula bilərsiniz. Əhvalınızı yolda korlamayın.
Facebook-da paylaş