Ermənistanda ağır yol-nəqliyyat hadisəsində 11 nəfər ölüb, 6 nəfər yaralanıb.
Ermənistanda ağır yol-nəqliyyat hadisəsində 11 nəfər ölüb, 6 nəfər yaralanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Xilasedici Xidməti məlumat yayıb. Bildirilib ki, hadisə avqustun 13-dən 14-nə keçən gecə İrəvan-Gümrü yolunda, Lancik kəndi yaxınlığında (Şirak mərzi) baş verib. Olay yerinə yanğınsöndürən-xilasedicilərdən ibarət 1 briqada və rayon xilasetmə idarəsinin əməliyyat qrupu gəlib. Məlum olub ki, İrəvan-Gümrü yolunun 90-cı kilometrliyində “Volkswagen” markalı sərnişin mikroavtobusu və “ZİL” markalı yük maşını toqquşub. Qəza nəticəsində 11 nəfərin öldüyü, 6 nəfərin yaralandığı qeyd olunub.“Report”
Xəbəri paylaş
Facebook-da paylaş