Rusiya donanması Türkiyə gəmisinə atəş açdı
Rusiyanın Müdafiə Nazirliyi Qara dənizdə xarici gəmini dayandırdığını açıqlayıb. Şəffaflıq.az oxu.az-a istinadən xəbər verir ki, gəmi Odessa vilayətinin İzmail limanına gedib. "Avqustun 13-də Qara dənizin cənub-qərb hissəsində Ukrayna limanına doğru hərəkət edən Palau bayrağı altında üzən "Şükrü Okan" yük gəmisi görünüb. Rusiya hərbi gəmisindən yük gəmisini dayandırmaq üçün avtomatik atıcı silahlardan qabaqlayıcı atəş açılıb", - Rusiya Müdafiə Nazirliyi bildirib. Qeyd olunub ki, gəmi yoxlandıqdan sonra İzmail limanına doğru hərəkətini davam etdirib.
Xəbəri paylaş
Facebook-da paylaş