Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə yeni təyinat olub


Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə yeni təyinat olub.

Şəffaflıq.az -;ın məlumatına görə, bununla bağlı gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.

Uzun illər Gənclər və İdman Nazirliyində çalışan Fuad Babayev Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə təyin olunub. O, bu təyinatadək nazirliyin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Fərid Qayıbovun əmri ilə Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin müavini vəzifəsinə isə Rüfət Mahmudzadə təyin olunub.

O, uzun illər Sumqayıt şəhərində gənclər sektorunda fəaliyyət göstərib. R.Mahmudzadə son təyinata qədər Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 22 dekabr 2022-ci il Sərəncamı ilə Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi, Abşeron, Xızı rayon gənclər və idman idarələrinin əsasında Abşeron−Xızı Regional Gənclər və İdman İdarəsi yaradılıb.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}