Azərbaycanda 7 nəqliyyat vasitəsi özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 7 nəqliyyat vasitəsi özəlləşdirilib. Şəffaflıq.az quruma istinadən xəbər verir ki, hərracda bəzi avtomobillərə edilən təklif start qiymətindən çox olub. Belə ki, “Nissan Maxima” markalı avtomobil 2 000 manat ilkin qiymətlə təklif olunsa da, sonda 3 250 manata satılıb. Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Növbəti hərraclar 15, 22 və 29 avqustda keçiriləcək.
Xəbəri paylaş
Facebook-da paylaş