Əsas Səhifə > İnfrastruktur > Azərbaycanda 7 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda 7 nəqliyyat vasitəsi özəlləşdirilib


9-08-2023, 17:50


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 7 nəqliyyat vasitəsi özəlləşdirilib.

Şəffaflıq.az  quruma istinadən xəbər verir ki, hərracda bəzi avtomobillərə edilən təklif start qiymətindən çox olub.

Belə ki, “Nissan Maxima” markalı avtomobil 2 000 manat ilkin qiymətlə təklif olunsa da, sonda 3 250 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə

https://clck.ru/35Fugq linki vasitəsilə tanış olmaq mümkündür.

Növbəti hərraclar 15, 22 və 29 avqustda keçiriləcək.


Geri qayıt