Dini Komitə: "Tasua və Aşura mərasimləri zamanı xoşagəlməz hallar müşahidə edilməyib"
"Bu il Tasua və Aşura mərasimləri ilə bağlı monitorinq keçirilib və xoşagəlməz hallar müşahidə edilməyib". Şəffaflıq.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının bu ilin altı ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən komitənin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib. O, məruzə ilə çıxış edərək cari ilin 27-28 iyul tarixlərində Tasua və Aşura mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının qəbul etdiyi müraciətə uyğun olaraq keçirildiyini, aparılan monitorinqlərə əsasən xoşagəlməz halların müşahidə edilmədiyini qeyd edib. Komitə rəsmisi buna mütəmadi olaraq maarifləndirmə tədbirlərinin aparılması və qanunvericiliyin qorunması istiqamətində hüquq-mühafizə orqanlarının apardığı profilaktik tədbirlər nəticəsində nail olunduğunu bildirib.
Facebook-da paylaş