Cəlilabadda avtomobilin vurduğu piyada komaya düşüb
Cəlilabad rayonunda avtomobilin vurduğu piyada komaya düşüb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Mirayət Abıyevi avtomobil vurub. O, ağır vəziyyətdə rayon xəstəxanasına aparılıb. Xəstə hazırda koma vəziyyətindədir və süni tənəffüs aparatına qoşulub. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş