Kürdəmirdə işıq dirəyinə çıxaraq intihar etmək istəyən şəxs xilas edilib


Kürdəmir rayonunda intihara cəhdin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN)  bildirilib ki, Dəmiryol vağzalında bir nəfər intihar etmək məqsədilə işıq dirəyinə çıxıb.

Belə ki, 1965-ci il təvəllüdlü Zahir Zeynalov hündürlüyü 15 metr olan işıq dirəyinə çıxaraq intihara cəhd edib. Bunu görən ətrafdakı vətəndaşlar FHN-in "112" qaynar telefon xəttinə məlumat veriblər.

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə qüvvələri cəlb olunub.

Əraziyə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər vətəndaşla psixoloji söhbətlər apararaq onu intihar niyyətindən çəkindirib və xilasetmə kəndirinin köməyi ilə yüksəklikdən endiriblər.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}