İraqda İrandan olan zəvvarların qaldığı oteldə yanğın olub, yaralananlar var
İraqın Nəcəf şəhərində İrandan olan zəvvarların qaldığı oteldə yanğın nəticəsində çoxlu sayda insan yaralanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə İRNA dövlət agentliyi məlumat yayıb. Bildirilib ki, Nəcəf Əşrəfdə şəhərin köhnə hissəsindəki 6 mərtəbəli oteldə yanğın olub. Məlumata görə, hadisə nəticəsində bir neçəsi İran vətəndaşı olmaqla onlarla insan yaralanıb. Hadisənin səbəbi məlum deyil. Qeyd edək ki, Məhərrəmlik ayında baş vermiş Kərbəla vaqeəsi ilə əlaqədar hər il bura və Nəcəf şəhərinə çoxlu sayda iranlı zəvvar səfər edir. İmam Əli bu şəhərdə dəfn olunub.
Xəbəri paylaş
Facebook-da paylaş