Havanın temperaturu 5-8 dərəcə enəcək


İyulun 24-də səhərdən 26-da səhərədək şimal-qərb küləyinin sürətinin saniyədə 15-20, arabir 23-25 metr olacağı, iyulun 24-də axşamdan 25-də səhərədək yarımadanın bəzi yerlərində arabir 28-30 metrədək güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, iyulun 25-də gündüz saatlarında 25-28 dərəcə isti olacaq.

İyulun 24-də axşamdan 26-da axşamadək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, sürəti arabir 15-20 metr/saniyə olacaq, bəzi yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}