Şakiranın həbsi istənildi: Azadlıqdan məhrum edilə bilər
İspaniyanın Kataloniya bölgəsində yerləşən Barselona yaxınlığındakı məhkəmə tərəfindən məşhur müğənni Şakiraya qarşı istintaq işi qaldırılıb. Şakira gəlir və sərvət vergisi fırıldaqçılığı ilə ittiham olunur və ona 8 il həbs cəzasının verilməsi istənilir. Şakiranın 2018-ci ildə gəlir və sərvət vergisi ilə bağlı fırıldaqçılıq etdiyi iddia olunur. Məhkəmə istintaqla bağlı başqa təfərrüatı açıqlamayıb. Qeyd edək ki, Şakiranın 2012-2014-cü illərdə 14,5 milyon avro dəyərində vergi borcu ilə bağlı başqa bir istintaq işi üzrə də ilin sonuna yaxın məhkəmə qarşısına çıxması gözlənilir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş