Bakıda neft kəmərlərinin yaxınlığında yanğın olub - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Pəhləvan Fərzəliyev küçəsində neft kəmərlərinin ətrafındakı quru ot və kol-kosdan ibarət sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdan keçən neft kəmərlərinə və elektrik naqillərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində yol kənarında 250 kvadratmetr sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdan keçən neft kəmərləri və elektrik xətləri yanğından mühafizə olunub. Şəffaflıq.az
Facebook-da paylaş