Toya getməyə hazırlaşan yeniyetmə qızı avtomobil vuraraq öldürüb - FOTO


Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Zəhmətabad kəndində qeydə alınıb.

Məlumata görə, rayonun Bağbanlar kənd sakini, Mirsütun Mirhəbib oğlu Şəmmədov idarə etdiyi VAZ-2101 markalı minik avtomobili ilə qonşu Zəhmətabad kəndində həmin kəndin sakini olan 2013-cü il təvəllüdlü Leyla Araz qızı Əliyevanı vurub.

Ağır xəsarətlər alan yeniyetmə xəstəxanaya aparılan zaman dünyasını dəyişib.

Qeyd edək ki, ölən qızın ailəsi bu gün qonşuluqda olan qohum evində toya hazırlaşırmış.



Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}