Məktəb direktoru olmaq istəyən 20 namizəd imtahan nəticələrindən narazı qalıb


“Direktorların işə qəbulu müsabiqəsində iki mərhələdən birində uğur qazanmayan və apellyasiyaya müraciət edənlərin sayı elə də çox deyil. Təxminən 20-yə yaxın belə namizəd var”.

Şəffaflıq.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

“Həmin namizədlərin diqqətinə çatdırıram ki, növbəti həftələrdə həmin şəxslər üçün müsahibə mərhələsi təşkil ediləcək. Təbii ki, prosesin özündə də nəzarət və əlavə yoxlamalar vacibdir. İstənilən şəkildə nəticələrindən narazı qalan namizədlərin apelyasiyaya müraciət etmək hüquqları var”, - o vurğulayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}