Şamaxı şəhər 10 saylı məktəbdə, "Müəllimlərin STEM tədrisi bacarıqlarının təkmilləşdirilməsi" layihənin açılış mərasimi keçirilib.-FOTO
Şəffaflıq.az xəbər verir ki, Təhsil Nazirliyi tərəfindən elan edilən "Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi"-nin "Müəllimlərin STEM tədrisi bacarıqlarının təkmilləşdirilməsi" layihəsində Şamaxı şəhər 10 saylı tam orta məktəb qalib olub. 30 oktyabr tarixində məktəbin akt zalında qeyd edilən layihənin açılış mərasimi keçirilib. Açılış mərasimində STEM Təhsil Mərkəzinin icraçı direktoru Aynur Alışzadə, həmin mərkəzin təlimçisi Çingiz Səlimov, Təhsil Şöbəsinin əməkdaşları, rayonun məktəb direktorları, müəllimləri və digər qonaqlar iştirak ediblər. İlk öncə məktəbin direktoru Həbibə Eldarova çıxış edərək qonaqları salamlayaraq, layihənin əhəmiyyətindən danışıb. Sonra məktəbin informatika müəllimi Şəhla Qəribova layihə haqqında geniş təqdimat keçirdərək, bununla əlaqəli qarşıda görüləcək işləri qeyd edib. Sonda STEM mərkəzinin icraçı direktoru Aynur Alışzadə STEM layihəsinin məqsədi və bu layihə çərçivəsində Şamaxıda görüləcək işlər haqqında geniş izahat verərək, təhsil işçilərini maraqlandıran sualları cavablandırıb.#EduAz #ŞamaxıTəhsilŞöbəsi
Dəyanət İsmayılov.
Səffaflıq.az
Facebook-da paylaş