Şamaxı şəhər 10 saylı tam orta məktəbin informatika müəllimi Qəribova Şəhla Heybət qızı “Tərəqqi” medalına layiq görülüb.

 03.09.2019-cu il
 cənab prezident İlham Əliyevin 5 oktyabr "Beynəlxalq müəllimlər" günü münasibətilə imzaladığı sərəncama əsasən Şamaxı şəhər 10 saylı tam orta məktəbin informatika müəllimi Qəribova Şəhla Heybət qızı “Tərəqqi” medalına layiq görülüb. 
Şəffaflıq.az bildirir  ki, Şəhla Qəribova Təhsil Nazirliyinin 2013-cü ildə keçirdiyi“1 şagird-1 kompüter” müsabiqəsində I yer, Təhsil Nazirliyinin 2014-cü ildə keçirdiyi “V elektron təhsil” müsabiqəsində I yer, Təhsil Problemləri İnstitutu” və “Demokratik Gənclər İctimai Birliyinin” "Ulu Öndər Heydər Əliyevin 91 illik doğum günü” münasibəti ilə birgə keçirdikləri “Ən yaxşı bloq” müsabiqəsində “Ən yaxşı veb resurs” nominasiyası üzrə I yerə layiq görülüb. Həmçinin Təhsil Nazirliyinin 2019-cu ildə keçirdiyi III qrant müsabiqəsində fərdi nominasiya üzrə "Təhsilin inkişafında istedadlı şagirdlər" adlı layihəsi də qalib olub. Bunlardan əlavə bir çox yerli və beynəlxalq təlimlərdə iştirak edərək müxtəlif sertifikatlara və təlimçi statusuna layiq görülüb.Şəhla müəlliməni bu yüksək fəxri ada layiq görülməsi münasibətilə Təhsil Şöbəsinin rəhbərliyi və kollektivi, eyni zamanda Şamaxı  təhsil ictimaiyyəti adından təbrik edir, ona gələcək işlərində uğurlar arzulayırıq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}