Masallıda 62 yaşlı kişi itkin düşüb


Masallıda 62 yaşlı kişi itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Böyük Xocavar kəndində yaşayan 1961-ci il təvəllüdlü Mehman Nəzir oğlu Məmmədov iyun ayının 14-ü saat 11 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

“Mehman Məmmədovun əlamətləri bunlardır: Boyu 168 sm, gözləri qəhvəyi rəngdədir, orta bədən quruluşludur. Evdən çıxarkən əynində mavi rəngli qısaqol köynək, tünd göy rəngli şalvar, qara rəngli ayaqqabı olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə (025) 215-3942 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, - məlumatda qeyd edilib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}