Azərbaycanın FIFA referisi Konfrans Liqası oyununu idarə edəcək


Azərbaycanın FIFA referisi Rauf Cabarov UEFA Konfrans Liqası matçını idarə edəcək.

Qitə futbol qurumunun rəsmi saytının yaydığı məlumata görə, o, Albaniyada yerli “Vlajniya” və Şimali İrlandiyanın “Linfild” klubları arasında keçiriləcək cavab oyununda iş başında olacaq.

Cabarova yan xətlərdə Namik Hüseynov və Cavanşir Yusifov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}