Rusiya MN “Vaqner”in tabeliyində fəaliyyət göstərən şirkətlə müqaviləyə xitam verib


Rusiya Müdafiə Nazirliyi “Vaqner”in tabeliyində fəaliyyət göstərən “Concord” şirkəti ilə müqaviləyə xitam verib.

“Report”un xəbərinə görə, “Concord” Rusiya ordusunun ərzaq təminatını həyata keçirirdi.

Nazirlikdə şirkət arasında əməkdaşlığın dayandırılmasının səbəbi açıqlanmayıb.

Qeyd edək ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

Rusiya Federasiyasının Baş Prokurorluğu isə bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Eyni zamanda Moskvada təhlükəsizlik tədbirləri artırılıb və paytaxtın bütün ən mühüm - dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}