Daşkəsəndə 23 yaşlı oğlanı sel aparıb
Daşkəsən rayonunda selə düşən 23 yaşlı oğlan ölüb. Şəffaflıq.az -ın məlumatına görə, bu gün axşam saatlarında Daşkəsənə yağan leysan yağışlar nəticəsində rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb. Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib. Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Xəbəri paylaş
Facebook-da paylaş