Naxçıvanda dəhşətli qəzada həlak olanların və yaralananların adları açıqlandı



Naxçıvanda altı nəfərin həlak olduğu dəhşəti yol-nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işi açılıb.

Naxçıvan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb və müvafiq ekspertizalar təyin olunub.

Naxçıvan Mərkəzi Xəstəxanasından bildirilib ki, hazırda xəstəxanada altı yaralı var:

“Yaralılardan dördü Reanimasiya, ikisi isə Travmatologiya şöbəsindədir.

Reanimasiyada olan 1992-ci il təvəllüdlü Cəlil Musa oğlu Əliyev, 2018-ci il təvəllüdlü Xanlar Torğul oğlu Sultanov, 2014-cü il təvəllüdlü Fərid Fariz oğlu Sultanlı, 2013-cü il təvəllüdlü Fəridə Fariz qızı Sultanovanın vəziyyəti ağırdır. Daxili qanaxmaları var.

Travmatologiya şöbəsində olan 1994-cü il təvəllüdlü Elmira Əlirza qızı Sultanova, 2003-cü il təvəllüdlü Zəhra Fərman qızı Cəfərovanın travmaları yüngüldür. Sınıqları var”.

Qeyd olunub ki, qəzadan ağır vəziyyətdə  xəstəxanaya gətirilən beş nəfərin isə həyatlarını qurtarmaq mümkün olmayıb:

“1963-cü il təvəllüdlü Sahiyə Əsəd qızı Cəfərova, 2020-ci il təvəllüdlü Fateh Fariz oğlu Sultanov, 1996-cı il təvəllüdlü Amin Akif oğlu Oruclu, 2000-ci il təvəllüdlü Hikmət Rövşən oğlu Əlizadə, 1973-cü il təvəllüdlü Xanlar Şamil oğlu Sultanov həkimlərinə səyinə rəğmən, xəstəxanada vəfat ediblər. Digər bir nəfər isə hadisə yerində dünyasını dəyişib. Hazırda morqdadır”.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}