Təhlükəsizlik Şurasının sədri: "Lukaşenko Ukrayna ilə Rusiya arasında vasitəçi ola bilər"
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna ilə Rusiya arasındakı ehtimal edilən danışıqlarda vasitəçi ola bilər. Şəffaflıq.az xəbər verir ki, bunu Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının sədri Oliksiy Danilov tviterdə yazıb. O bildirib ki, “Vaqner” xüsusi hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin silahlı qiyamı Rusiyadakı mövcud rejimin dağıdılmasının ilkin mərhələsidir. O.Danilovun sözlərinə görə, “Vaqner”lə bağlı baş verənlər planın bir hissəsidir: “Vladimir Putinin yeganə yolu “Vaqner”in ləğvi, Yevgeni Priqojinin nümayişkarənə şəkildə cəzalandırılmasıdır”. Şura sədri qeyd edib ki, mütləq qiyamın nəticələri olacaq.
Xəbəri paylaş
Facebook-da paylaş