Əsas Səhifə > XARİCİ XƏBƏR > Təhlükəsizlik Şurasının sədri: "Lukaşenko Ukrayna ilə Rusiya arasında vasitəçi ola bilər"
Təhlükəsizlik Şurasının sədri: "Lukaşenko Ukrayna ilə Rusiya arasında vasitəçi ola bilər"25-06-2023, 16:27 |
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna ilə Rusiya arasındakı ehtimal edilən danışıqlarda vasitəçi ola bilər. Şəffaflıq.az xəbər verir ki, bunu Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının sədri Oliksiy Danilov tviterdə yazıb. O bildirib ki, “Vaqner” xüsusi hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin silahlı qiyamı Rusiyadakı mövcud rejimin dağıdılmasının ilkin mərhələsidir. O.Danilovun sözlərinə görə, “Vaqner”lə bağlı baş verənlər planın bir hissəsidir: “Vladimir Putinin yeganə yolu “Vaqner”in ləğvi, Yevgeni Priqojinin nümayişkarənə şəkildə cəzalandırılmasıdır”. Şura sədri qeyd edib ki, mütləq qiyamın nəticələri olacaq. Geri qayıt |