Müəllimlərin sertifikatlaşdırma imtahanları bu gün başa çatır
Bu gün müəllimlərin sertifikatlaşdırma imtahanları başa çatır. Şəffaflıq.az xəbər verir ki, iyunun 24-də dövlət ümumi təhsil müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün sonuncu imtahanlar keçirilir. Prosesə 8 500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb olunub. Test imtahanları ölkə üzrə 13 müxtəlif şəhərdə təşkil edilmiş 23 mərkəzdə keçirilir. Qeyd edək ki, sertifikatlaşdırma müəllimlərin davamlı inkişaf prosesidir. Sertifikatlaşdırmadan keçən müəllimlər tədris prosesində daha üstün səriştə və bacarıq sərgiləyirlər."Report"
Xəbəri paylaş
Facebook-da paylaş