Vilayət Eyvazov Mingəçevirdə vətəndaşları qəbul edəcək


Vilayət Eyvazov Mingəçevirdə vətəndaşları qəbul edəcək

Vilayət Eyvazov

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il iyul ayının 19-da Mingəçevir Şəhər Polis Şöbəsinin inzibati binasında Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Şuşa və Tərtər şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.


Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 18.07.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}