FHN rəsmisi Bakıdakı yanğın barədə: “Binanın yuxarı qatı sonradan tikilib”


“Bu gün səhər saat 07:02-də Yasamal rayonu İnşaatçılar prospekti 80 ünvanında yanğınla bağlı məlumat daxil olub. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon bölməsi cəlb edilib”.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, yanğınsöndürənlər əraziyə gəldikdən dərhal sonra ikinci çağırış üzrə hadisə yerinə əlavə qüvvə çağırılıb:

“Hadisə yerinə FHN-nin 18 xüsusi texnikası, 90 nəfər canlı heyəti cəlb edilib. Beşmərtəbəli binanın dörd mərtəbəsi yaşayış üçün nəzərdə tutulub, yuxarı qatı isə sonradan tikilmədir və dəhliz olub. Əvvəllər rəssamların emalatxanası kimi fəaliyyət göstərib. Zamanla bəzi otaqlar özəlləşdirildiyi üçün müəyyən hissəsi yaşayış, müəyyən hissəsi isə emalatxana olub. Ümumilikdə binanın dam örtüyünün sahəsi 1640 kvadratmetrdir. Onun 840 kvadratmetri yanğına məruz qalıb. 

Emalatxanalar və aşağı digər otaqlar yanğından mühafizə edilib. Yanğının başlama yeri binanın mərkəzi hissəsi olub. Yanğının səbəbi isə hadisə yerində aparılan araşdırmaların yekun nəticəsindən sonra bəlli olacaq”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}