Bakıda avtomobil qadını vuraraq öldürüb


Bakıda avtomobil qadını vuraraq öldürüb.

Şəffaflıq.az xəbər verir ki, hadisə iyunun 16-da axşam saatlarında Xəzər rayonu, Zaqulba prospektində qeydə alınıb.

Paytaxt sakini, 2004-cü il təvəllüdlü Hüseynov Cafar Faiq oğlu “Hyundai İX 35” markalı avtomobillə mərkəz istiqamətində hərəkətdə olarkən yolun süni işıqlandırılmış, piyada keçidi olmayan hissəsindən keçən 1964-cü il təvəllüdlü Cabarova Şahsənəm Əli qızını vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}