Azərbaycanın 17 cüdoçusu yeniyetmələrin Avropa çempionatında yarışacaq


İyunun 22-də Portuqaliyanın Odivelas şəhərində start götürəcək yeniyetmələrin Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları bəlli olub.

Bu barədə Beynəlxalq Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, milli komanda yarışda 10 kişi və 7 qız idmançı ilə təmsil olunacaq.

Kişilərdən ibarət yığmada Məhəmməd Həşimov, Əhməd Rüstəmov (hər ikisi 50 kq), Mirxaliq İskəndərov, Fərid Qarayev (hər ikisi 55 kq), Məhəmməd Musayev (60 kq), Abil Yusubov, Mehdi Cəfərov (hər ikisi 66 kq), Süleyman Şükürov (73 kq), Aslan Kostoyev (81 kq) və Ramazan Əhmədov (+90 kq) mübarizə aparacaqlar.

Qızlardan isə Nigar Məmişova (40 kq), Aytac Yolçuzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq), Xədicə Qadaşova, Aytən Verdiyeva (hər ikisi 52 kq), Fidan Qasımova (57 kq) və Kamilla Toholiyeva (63 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, Avropa çempionatı iyunun 25-də başa çatacaq.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}