Bakının 46 təhsil müəssisəsində monitorinq aparılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 46 məktəbdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən aparılan monitorinqlərin nəticələri təhlil edilib. Bu barədə idarədən məlumat verilib. Bildirilib ki, BŞTİ-nin Təlimə Dəstək Mərkəzi tərəfindən həyata keçirilmiş təhlillər öyrətmənin, qiymətləndirmənin, məktəbdə psixoloji xidmətin təşkilinin keyfiyyəti, xüsusi qayğıya ehtiyacı olan və xüsusi istedadlı uşaqlar üçün dəstəkləyici mühitin təşkili meyarları üzrə aparılıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş