Quba-Xınalıq yolunun bir hissəsi lil və qaya parçalarından təmizlənib - YENİLƏNİB


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Quba-Xınalıq avtomobil yolunun bir hissəsini lil və qaya parçalarından təmizləyib.

“Report” bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, güclü yağış nəticəsində yaranmış sel suları yolun bəzi hissələrini yararsız hala salıb, yol infrastrukturuna və yol qurğularına ciddi ziyan vurub. Bundan başqa sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.

Quba-Xınalıq avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün agentliyə məxsus “5 N-li Yol İstismarı” MMC təbii fəlakət baş verdiyi andan etibarən tədbirlər görüb, əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər edib.

Təxirəsalınmaz tədbirlər nəticəsində yolun 52-ci km-nə qədər olan hissəsində təhlükəsiz və fasiləsiz hərəkət təmin edilib. Hazırda Quba-Xınalıq yolunun 52-56-cı km-lik hissəsində işlər davam etdirilir.

10:08

Ötən gün axşam saatlarından etibarən Quba rayonun dağlıq ərazilərinə leysan xarakterli yağış yağıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yağış sularının gətirdiyi qaya və daş parçaları Quba-Xınalıq yolunda hərəkəti məhdudlaşdırıb.

Hazırda yolun 50-57-ci km-də hərəkətin bərpası istiqamətində işlər davam etdirilir.

Quba Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, hərəkətin qısa zamanda bərpası istiqamətində işlər davam etdirilir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}