FHN: Ötən sutka 52 yanğına çıxış olub, 4 nəfər xilas edilib


Ötən sutka ərzində 52 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər xilas edilib. Partlayış zamanı 2-si azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.

Şəffaflıq.az  


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}