İyunun 11-də temperatur iqlim normasından yuxarı olub, bəzi yerlərdə leysan yağıb - FAKTİKİ HAVA


Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 12-si saat 9:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olub. 12-si gecə və səhər yağıntılarda fasilə olub.

Xidmətdən verilən xəbərə görə, düşən yağıntının miqdarı Gədəbəydə 33 mm, Daşkəsəndə 13 mm, Qubada 10 mm, Lerik, Qrız, Şahbuz, Şərur, Balakən, Şəki, Qusar, Xaltan, Lənkəran, Astara, Şuşada 4 mm-dək olub.

Leysan nəticəsində saat 16:10-da Quba rayonu ərazisindən axan Vəlvələçay-Təngəaltıdan, saat 16:30-da isə Qaraçay-Rük, Vəlvələçay-Afurcadan sel keçib.

Biləsuvar, Şərur, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu iyunun 11-də iqlim normasından 3,8 dərəcə yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-35 dərəcə isti, Naxçıvan MR-də 32 dərəcəyədək isti, dağlıq rayonlarda 23-27 dərəcə isti, aran rayonlarında 35 dərəcəyədək isti olub.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}