FHN stomatoloji klinikada rentgen-müayinə fəaliyyətini dayandırdı


Bakıda stomatoloji klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən keçirilən nəzarət tədbirləri çərçivəsində paytaxtın Nərimanov rayonu, S.Rəhimov küçəsi, B78 ünvanında fəaliyyət göstərən “Rondent” MMC-yə məxsus stomatoloji klinikada ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqədar fəaliyyət zamanı radiasiya təhlükəsizliyinin pozulması hallarının aradan qaldırılmadığı və ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına verilmiş xüsusi icazənin qüvvədə olma müddətinin bitdiyi müəyyən edilib.

Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində yuxarıda göstərilən tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}