DYP-dən “Əziz Şuşa” velosiped turnirinin II mərhələsi ilə bağlı sürücülərə MÜRACİƏT


Baş Dövlət Yol Polisi İdarəsi “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin ikinci mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib.

İdarədən bildirilib ki, Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin birinci mərhələsi artıq geridə qalıb.

Bu gün yarışın ikinci mərhələsinə Qəbələ rayonunda start veriləcək. İdmançılar Qəbələ-Zarağan-Oğuz-Şəki marşrut xətti üzrə və geriyə hərəkət edərək ikinci mərhələni Qəbələ rayonunda başa vuracaqlar. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək.

BDYPİ beynəlxalq tədbirlə əlaqədar sürücülərdən yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}