Sabunçuda ağaclıq ərazidəki yanğın söndürülüb - YENİLƏNİB + VİDEO


Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində baş verən yanğın söndürülüb.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, yanğın geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

14:50

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Yusif Qasımov küçəsi yaxınlığında ağaclıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}